ANTALYA - 318 USD

BODRUM – 467 USD

KUŞADASI – 414 USD

MARMARIS – 717 USD

TOUR TO AZERBAIJAN – 299 USD

İNGİLTƏRƏ - LONDON

788 AZN-DƏN

ƏTRAFLI

DÜNYANIN DÖRD BİR TƏRƏFİNƏ SƏYAHƏT

PREV
NEXT

XARİCİ TURLAR

DÜNYANIN 100-DƏN ÇOX ŞƏHƏRİNƏ 100-DƏN ÇOX TUR TƏKLİFLƏRİNDƏN YARARLANIN

DAXİLİ TURLAR

AZƏRBAYCANIN BÜTÜN GUŞƏLƏRİNƏ 50-DƏN ÇOX TUR TƏKLİFLƏRİNDƏN YARARLANIN
QƏBƏLƏ RAYONU

Qəbələ şəhəri Azərbaycanın qədim şəhərlərindəndir. Böyük Plini yazırdı ki, Albaniyanın əsas şəhəri Kabalakadır. Mənbələrdə Qəbələ adı Vostani-Martspan (yəni fars canişini – mərzbanın paytaxtı) adlandırılan Kavaqak kimi də çəkilir.

Paytaxtın VI əsrdə Partava (Bərdəyə) köçürülməsinə qədər Qafqaz Albaniyasının əsas şəhəri olan Qəbələdir. Qəbələ Böyük Plinidə xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə adı çəkilən "Alban və Kavsi Alazan və Samur) çayları arasındakı Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka, "Erməni coğrafıyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala) – Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir. 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (keçmiş Qutqaşen (indiki Qəbələ) rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır.

Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir. Onlardan şərqdə, Covurluçayla, Qoçalançay arasındakı geniş düzənlikdə məbəd yeri nekropolu və tikinti qalıqları vardır. Qəbələnin ətrafı meşə və vadilərlə zəngindir. Şəhər onu əhatə edən dağ kəndləri ilə yaxşı müdafiə olunurdu.

Ən yaxın keçidlər olan Savalanda və Avalanda (yaxud Ağvanda) istehkamlar və bürclər tikilmişdi. Səlbirin qala divarları, dördkünc və yarımdairəvi bürcləri daha çox dağılmışdır. Divarlardakı və bürclər-dəki mazğallar düzbucaqh formasındadır. şimal və qərb hissələrdə darvaza yerlərinin qalıqları durur. Səlbirin ərazisindən, ümumiyyətlə, bütün şəhəri dövrələyən dərin xəndəklə ayrılan Qala hissəsində divarlar, bürc və darvaza yerləri daha yaxşı qalmışdır. Qalanın cənub tərəfində hündürlüyü təxminən 7-8 m, diametri 5-6 m olan dairəvi və yarımdairəvi bürclər vardır. Hücum təhlükəsi zamanı xəndək su ilə doldurulurdu. Divarlar və bürclər çiy kərpicdən, çaydaşlarından və əhəng məhlulundan istifadə edilməklə bişmiş kərpicdən hörülmüşdür. Şəhər istehkamlarının bünövrəsini qoyulmasında iri yonulmuş yerli tuf daşlarından istifadə olunmuşdur.

I-V əsrlərdə Qəbələ alban Arşakiləri sülaləsi hökmdarlarının iqamətgahı idi. Lakin V əsrdən o, Sasanilərin təyin etdikləri mərzbanlann iqamətgahına çevrildi. VI əsrdə xəzərlərin basqınları ilə əlaqədar mərzbanların iqamətgahı Partava köçürüldü. Qəbələ 737-ci ildə ərəblər tərəfindən işğal edilənədək xəzər torpaqlarının tərkiibnə daxil idi.

TURLARA KEÇ
ŞƏKİ RAYONU

əki şəhəri Azərbaycan tarixindəmühüm yer tutur. Şəhərdə XVIII əsrə aid Şəki xanlarının evi, Qala divarları, Gileyliməscidinin minarəsi; XVIII-XIX əsrlərə aid Aşağı karvansaray, Yuxarı karvansaray; XIX əsrdən qalan Ağvanlar hamamı vardır. Rayonda VI əsrə aid "Gavur" qalası; orta əsrlərə aid Qudula qala yeri; Aydınbulaqda Ağcaqala qülləsi; Kiş kəndi yaxınlığında orta əsrlərə aid Kiş məbədi, XV əsrdən qalan "Gələrsən görərsən" qalası qorunur.

Böyük Qafqazın cənub yamacında yerləşir. Mərkəzi Şəki şəhəridir. Şəki rayonunun şimalı Baş Qafqaz silsiləsinin cənub yamaclarına, mərkəzi hissəsi Qanıx-Əyriçay vadisinə, cənubu Acınohur alçaq dağlığına daxildir. Baş Qafqaz silsiləsindən cənuba doğru Qaflan, Layski, Qaraquzey, Qızılçay köndələn tirələri ayrılır. Dağlar arasında Şəki rayonunda Acınohur çökəkliyi (100-200 m) və Şəki yaylası (200-400 m) ayrılır. Mütləq hündürlük Baş Qafqaz silsiləsinin suayrıcısında 3683 m-ə qədər yüksəlir.

Günəşli saatların illik miqdarı 2350 saatdır. Günəşli saatların 40 %-i yay aylarının payına düşür. İl ərzində 1 kvadrat santimetr yer səthinə 122 kkal günəş radiasiyası düşür. Şəkinin iqliminə siklon və antisiklonlar, müxtəlif hava kütlələri və yerli küləklər təsir edir. Qışda arktik və mülayim hava kütlələrinin əraziyə daxil olması havanın isti keçməsinə səbəb olur. Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar temperaturu 0,5 C olur. Şəkidə orta illik temperatur 12 C-dir. İyun, avqust aylarında orta temperatur 20-25 C arasında dəyişir.

Güclü küləklər (sürəti 15 m/san çox) Şəkidə seyrək hallarda əsir, il ərzində cəmi 10-12 gün güclü külək olur. Sürəti saniyədə 1 metrdən az olan külək Şəkidə tez-tez müşahidə olunur. Yağıntının miqdarı ilə 730 mm-dir. Bunun yarısı may, iyun, sentyabr, oktyabr aylarında yağır. Ən azı yağıntı avqust (35 mm), yanvar (29 mm) və fevralda (36 mm) olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən artıq yağıntı düşür. Sel, tufan, güclü dolu kimi təbiət hadisələri Şəkidə və onu əhatə edən dağ və düzənliklər üçün səciyyəvidir.

Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır.

TURLARA KEÇ
GÖY GÖL

Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göy-gölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdir. Göygöl Azərbaycanın ən dərin gölüdür.

Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.

Göygöl dövlət təbiət qoruğu Göygöl rayonu ərazisində yerləşir. Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. Ərazidə Qafqaz maralı, cüyür, ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq var.

1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmisdir.

TURLARA KEÇ
NABRAN YAY TURU

Nabran Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1,313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir. Nabran, Xaçmaz Rayonunun ən böyük istirahət mərkəzidir.

Azərbaycanın paytaxtı Bakıdan 3 saatlıq məsafədə yerləşən Nabran Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnir. Nabran bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsidir. Evlər, oteller, əyləncə obyektləri və restoranlar istirahət mərkəzinin sol tərəfində, 30 kilometrlik sahil boyunca uzanan çimərlik isə yolun sağ tərəfindədir.

Nabran qəsəbəsindəki meşə massivlərində qırılan ağacların yerində 100-ə yaxın qanunsuz tikililər inşa olunub. Həmin tikililərin əksəriyyəti isə turizm obyektlərinə aiddir və bu obyektlərin tikintisi heç bir plan olmadan həyata keçirilib. Bundan başqa, son bir neçə ildə qəsəbədə tikilmiş 20-yə yaxın turist bazası heç bir təmizləmə işi aparmadan tullantı sularını dənizə axıdır.

TURLARA KEÇ
YUXARI